ÜST-dən peyvənd NARAHATLIĞI
15 fevral 2022 00:27 (UTC +04:00)

ÜST-dən peyvənd NARAHATLIĞI

Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70%-nin peyvənd edilməsi məqsədinə çata bilmir.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Hazırda 116 ölkə əhalinin 70%-ni peyvənd etmək kimi hədəfimizdən geri qalır”,-deyə Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar