Uşağı metroda atıb “ALKAŞLIĞA”   getdi – Ata tapılıb, anadan xəbər yoxdu
01 noyabr 2021 02:22 (UTC +04:00)

Uşağı metroda atıb “ALKAŞLIĞA” getdi – Ata tapılıb, anadan xəbər yoxdu

Moskvada ata azyaşlı oğlunu metroda atıb gedib.
 
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşları uşağın valideynlərinin axtarıb, tapılması üzrə əməliyyata başlayıb.

Məlum olub ki, ata metronun Stroqino stansiyasına uşaqla daxil olub və oradan tək qayıdıb.

Atanın yeri müəyyən edilərək polis şöbəsinə gətirilib. Onun sərxoş vəziyyətdə tapıldığı bildirilib.

Hazırda polis uşağın anasını axtarır. Hüquq-mühafizə orqanlarından bildirilib ki, ana da da içki düşkünü olarsa, uşaq xəstəxanaya göndəriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar