Ürəkləri sızladan  görüntü - 21 lüks avtomobil belə MƏHV EDİLDİ  - VİDEO
23 iyun 2021 03:04 (UTC +04:00)

Ürəkləri sızladan görüntü - 21 lüks avtomobil belə MƏHV EDİLDİ - VİDEO

Filippin Gömrük Bürosu cümə günü son bir neçə ildə ölkəyə qanunsuz yollarla gətirilən və aralarında “Bentley”, “Mercedes-Benz”, “Lotus” ve “Porsche” kimi markaların da olduğu 21 lüks avtomobili hissələrə ayırıb.

Lent.az xəbər verir ki, sözügedən avtomobillərin 2018-2020-ci illər arasında ələ keçirildiyi və ümumi dəyərinin 1,2 milyon dollar olduğu bildirilir.

Büro bununla Filippin prezidenti Rodriqo Duterte hökumətinin qaçaqmalçılıqla mübarizədə nə qədər ciddi olduğuna dair ciddi bir mesaj göndərməyə çalışıb.

1,2 milyon dollar dəyərində olan bu avtomobillərin məhv edilməsi Dutertenin prezidentliyə başladığı 2016-cı ildən bəri ən böyük belə aksiya deyil. 2018-ci ildə 8 milyon dollar dəyərində olan 68 avtomobil və 8 motosiklet hissələrə bölünmüşdü. Məhv edilən avtomobillər arasında “Porsche 911”, “Mercedes-Benz SLK”, “Nissan Z”, “Ford Mustang”, “BMW M5” və “Lamborghini Gallardo” da olub.

 

# 2622
avatar

Oxşar yazılar