İmtahan ərəfəsində soyuq silahla hücum nəticəsində Tokio Universitetinin 3 tələbəsi bıçaq xəsarəti alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə NHK kanalı məlumat yayıb.
Məlumatda daha sonra göstərilir ki, zərərçəkənlərin vəziyyəti kafidir. Hücumu törədən 17 yaşlı gənc saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.