ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya “Abrams” tanklarını göndərməyə razılaşıb. Lakin bu döyüş maşınları Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda iştirak etməyəcək.
Lent.za UNİAN-a istinadla xəbər verir ki, bu, Rusiya qüvvələrinin əlinə keçə biləcək bütün gizli texnologiyalar tanklardan çıxarılır. Hərbi ekspertlərin fikrincə, bu, rusların tankı ələ keçirib kəşfiyyat üçün istifadə edəcəyi ehtimalına qarşı zəruri ehtiyat tədbiridir. Bu, Rusiyaya tankın zəif nöqtələrini tapmaq imkanı verə bilər.