Ukraynada yüksək vəzifəli məmurun əri  müharibədə həlak oldu
31 mart 2022 17:12 (UTC +04:00)

Ukraynada yüksək vəzifəli məmurun əri müharibədə həlak oldu

1

Martın 30-da Çerniqov yaxınlığında Ukrayna baş nazirinin müavini Olqa Stefanışinanın əri Rusiya ordusunun atdığı mərmidən ölüb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Stefanışina özünün “Facebook” səhifəsində məlumat yayıb. 

Onun sözlərinə görə, əri atəşə məruz qalan insanları xilas etməyə çalışırmış.
“Mənim sevimli ərim Boqdan martın 30-da Çerniqov yaxınlığında insanları xilas etmək istəyərkən Rusiya mərmisi ilə öldürülüb. Uşaqlarımızın yanında olacağam. Mənim üçün çox ağrılıdır. Əclaf müharibə”, - qadın yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2779

Oxşar yazılar