Almaniya və digər NATO ölkələri Ukraynaya silah tədarükünü davam etdirməlidir. Çünki bu, sülhə gedən ən sürətli yoldur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
"Bu, paradoksal səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur", - Stoltenberq bildirib.
Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin əmin olmalıdır ki, Ukrayna üzərində nəzarəti bərqərar etmək məqsədinə nail olmasın. O zaman Ukraynanın müstəqil demokratik dövlət kimi yaşamasını təmin edəcək danışıqlarla sülh yolu ilə həlli üçün ilkin şərtlər yaranacaq.
Stoltenberq həmçinin bildirib ki, Ukraynanın Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab edir: "Hər bir ölkənin özünü müdafiə etmək hüququ var, Ukraynanın da".
"Ukraynanın orta mənzilli raketlərlə təmin olunmasını dəstəkləyirmi" sualına Stoltenberq deyib ki, "müttəfiqlər və Ukrayna arasında konkret sistemlərlə bağlı dialoq davam edir".