Ukrayna hərbçiləri ötən gün ərzində Rusiya ordusunun yeddi tankını, iki piyada döyüş maşınını, altı artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.
Bundan başqa Ukrayna müdafiəçiləri gün ərzində Rusiya ordusunun yeddi hücumunu dəf edib və üç BMP-3-nü ələ keçirib.
Həmçinin, hava hücumundan müdafiə bölmələri Rusiya ordsunun iki pilotsuz uçuş aparatlarını, dörd təyyarə və bir “Toçka-U” raketini vurub.