Ukraynada mer şəhəri ruslara TƏSLİM ETDİ
27 fevral 2022 22:55 (UTC +04:00)

Ukraynada mer şəhəri ruslara TƏSLİM ETDİ

2020-ci ildə "Müxalifət platforması – Həyat naminə" siyasi partiyasından mer seçilən Xarkov vilayəti, Kupyansk şəhərinin meri Gennadi Matseqora şəhərin rus qoşunlarının nəzarətində olduğunu bəyan edib.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, o qeyd edib ki, sabahdan uşaq bağçaları və məktəblər “adi iş rejiminə” qayıdacaq.

Bu barədə Matseqorun fevralın 27-dəki videomüraciətində deyilir.

“Dörd gün əvvəl hamı şəhəri tərk etdi: Ukraynanın Təhlükəsizlik Xidməti, prokurorluq, hərbi komissarlıq, ərazi müdafiə dəstəsi. Biz özümüz qaldıq. Tabeçiliyimdəkilər və rayon polis şöbəsi son ana qədər yanımdadır”, -Matseqora vurğulayıb.

Matseqora qeyd edib ki, şəhəri Rusiya ordusuna təslim etmək onun şəxsi qərarıdır.

“Mən bu qərarı verdim. Qərar mənimdir. Şəhərdə baş verənlərə görə məsuliyyət mənim üzərimdədir. Bütün bu müddət ərzində şəhərdə olmuşam və qalıram. Bütün həyat təminatı məsələləri mənim üzərimdədir”, - mer əlavə edib.

O, sabahdan şəhərin “adi yaşayışa” keçdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28074
avatar

Oxşar yazılar