Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 21 ədəd Shahed kamikadze dronunu vurub.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, mayın 3-nə keçən gecə Rusiya ordusu PUA-lardan istifadə etməklə növbəti kütləvi hücum həyata keçirib.
"Düşmən ümumilikdə 26 hücum pilotsuz uçuş aparatından istifadə edib. 21 PUA hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib", - məlumatda deyilir.