Böyük Britaniyanın Xüsusi Hava Xidmətinin xüsusi təyinatlıları Ukrayna ərazisində döyüşlərdə iştirak edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukraynada döyüşən amerikalı muzdlu hərbçi məlumat verib.
Daha əvvəl Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə İngiltərə xüsusi hava xidmətinin 20-yə yaxın xüsusi təyinatlısının Lvov vilayətinə köçürülməsi barədə məlumat yayıb.
Faktı araşdırmaq üçün Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə göstəriş verilib.