Ukraynada döyüşən İsrail muzdlularının sayı açıqlanıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə Kiyevin baş ravvini Moşe Reuven Asman danışıb. O bildirib ki, İsraildən olan 200 muzdlu Ukrayna Silahlı Qüvvələrində xidmət edir.
Məlumata görə, həmin əməkdaşlardan biri - aprel ayından Xerson istiqamətində döyüşlərdə iştirak edən “Vəhşi Qaz” ləqəbli 29 yaşlı baş leytenant Maksim P..dir. O, Ukraynanın Vinnitsa vilayətində doğulub, lakin 2015-ci ildə anası ilə birlikdə İsrailə köçüb.
2017-ci ildə İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılıb, sonra zabit kurslarına gedib. Muzdlu əsgər kimi Maksim P. 2022-ci ilin martında Ukraynaya yollanıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İsrail muzdluları Ukrayna Milli Qvardiyasının Azov alayının sıralarında ukraynalı yaraqlılarla birlikdə döyüşürlər. O, Rusiyada bu faktı təsdiqləyən video sübutların olduğunu da açıqlayıb.