Rusiya hərbi qüvvələrinin Dnepropetrovsk regionundakı Çaplin dəmiryolu stansiyasına raket zərbələri endirib.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, raket hücumu nəticəsində 15 nəfər həlak olub, 50 nəfər yaralanıb.