Ukraynada bir sutkada 250-yə yaxın  Rusiya hərbçisi öldürülüb
15 iyun 2022 11:29 (UTC +04:00)

Ukraynada bir sutkada 250-yə yaxın Rusiya hərbçisi öldürülüb

0

Rusiya ordusu Ukrayna müharibəsində sarsıdıcı itkilər verməkdə davam edir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, təkcə son 24 saat ərzində 250-yə yaxın Rusiya hərbçisi məhv edilib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd raketini vurub və onlarla texnikasını sıradan çıxarıb.

Qeyd edilir ki, Rusiya tərəfi uzun müddətdən sonra ilk dəfə belə dağıdıcı itkilər veriblər. Son günlər Rusiya ordusu hər gün 100-200 hərbçisini itirir. Mayın 28-dən bəri isə bir gündə 250-yə yaxın Rusiya hərbçisinin ölməsi barədə isə məlumat verilmirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1328

Oxşar yazılar