Ukraynada  atəşkəs nə vaxt olacaq?   – NATO-nun keçmiş generalı AÇIQLADI 
02 yanvar 2023 17:49 (UTC +04:00)

Ukraynada atəşkəs nə vaxt olacaq? – NATO-nun keçmiş generalı AÇIQLADI 

NATO-nun keçmiş generalı Qans-Lotar Domrese Ukraynada atəşkəsin vaxtını proqnozlaşdırıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, jurnalistlərlə söhbətində general 2023-cü ili Ukraynada atəşkəs ili adlandırıb

“2023-cü ildə atəşkəs əldə edəcəyik”, - Domrese deyib. 

Onun sözlərinə görə, ilin əvvəlində Rusiya və Ukrayna yeni hücumlara başlayacaq və məqsədlərinə çatmağa çalışacaqlar. Lakin yaya yaxın, generalın fikrincə, tərəflər başa düşəcəklər ki, gələcək döyüşlər yeni ərazilərin tutulmasına gətirib çıxarmayacaq.

“Atəşkəs danışıqlarının vaxtı gələcək. Hər iki tərəfə uyğun olan sazişin bağlanma ehtimalı qalır”, - general bildirib.

Domrese təklif edib ki, bu halda Ukrayna prezidenti Vladimir Zelenski Krımı və digər əraziləri dərhal nəzarətə götürmək planlarından əl çəkə bilər.

Keçmiş NATO generalı qeyd edib ki, tərəflər 50 illik keçid dövrü barədə razılığa gələ bilərlər. Nümunə olaraq Domrese Honq-Konqun Çinin nəzarəti altına qayıtması ilə bağlı vəziyyəti göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar