İqor Konaşenkov
08 mart 2022 12:53 (UTC +04:00)

İqor Konaşenkov

Ukraynada 2500-ə yaxın hərbi obyekt məhv edildi - RƏSMİ

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 2500-ə yaxın hərbi obyekti məhv edib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2396 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna silahlı qüvvələrinin 87 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 124 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 79 radiolokasiya stansiyası var" - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin 866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəş sistemi, 317 səhra artilleriya və minaatan, 634 xüsusi təyinatlı hərbi texnika, eləcə də 81 pilotsuz uçuş aparatı da məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar