Ukraynada 121 uşaq ölüb, 167-si yaralanıb – DƏHŞƏTLİ STATİSTİKA
23 mart 2022 12:10 (UTC +04:00)

Ukraynada 121 uşaq ölüb, 167-si yaralanıb – DƏHŞƏTLİ STATİSTİKA

Ukraynada müharibənin 28-ci gününə olan məlumata görə, 121 uşaq həlak olub, 167 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lent.az bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu rəsmi Facebook səhifəsində məlumat yayıb.

Uşaqların əksəriyyəti Kiyevdə - 61, Xarkovda - 41, Donetskdə - 40, Çerniqovda - 32, Nikolaevdə - 24, paytaxtda - 16, Jitomirdə - 15, Xersonda - 15 və Sumıda - 14 rayonda xəsarət alıb.

Gündəlik bombardmanlar və atəşlər nəticəsində 548 təhsil müəssisəsi (220-dən çox məktəb, 155 uşaq bağçası) zədələnib, onlardan 72-si tamamilə dağıdılıb.

Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.

Bundan başqa, Rusiya ordusunun atəşi nəticəsində 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar yararsız vəziyyətə düşüb.

Bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerləri yoxlamaq imkanı yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851

Oxşar yazılar