Ukrayna səfəri Portuqaliya baş nazirini ŞOKA SALDI  - FOTO
21 may 2022 17:20 (UTC +04:00)

Ukrayna səfəri Portuqaliya baş nazirini ŞOKA SALDI - FOTO

Portuqaliyanın baş naziri  Antonio Kosta ukraynalı həmkarı Denis Şmıqalın dəvəti ilə Ukraynaya gəlib və İrpinə baş çəkib.
Lent.az xəbər verir ki, Kosta səfəri barədə Twitter-də paylaşım edib.

Baş nazir İrpen səfərini "unutmayacağını" deyib:

"Məhv və zorakılığın səviyyəsi tamamilə dağıdıcıdır. Mən qəddar, özbaşına və əsassız hücumların şahidi oldum. Müharibə həmişə günahsız insanlara toxunur. Burada insanlar, işini, evini, - hər şeyini tərk edərək canlarını qurtarmağa çalışıblar. Ən çox mülki şəxslərə qarşı zorakılıq məni heyrətləndirir”. 

Portuqaliya hökumətinin başçısı bildirib ki, səfəri Ukrayna xalqı ilə həmrəylik xarakteri daşıyır.


 

# 2196
avatar

Rəsul SARI

Oxşar yazılar