Ukrayna Rusiyanın daha bir beynəlxalq təşkilatdan çıxarılmasını istəyir
27 fevral 2022 23:54 (UTC +04:00)

Ukrayna Rusiyanın daha bir beynəlxalq təşkilatdan çıxarılmasını istəyir

Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko Rusiyanın UNESCO üzvlüyündən çıxarılması xahişi ilə quruma müraciət edib.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə nazir Facebook statusunda bildirib. 

Ukrayna  həmçinin  Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasını təşkil edəcək ölkəni də dəyişməyi xahiş edib. 

Müraciətdə qeyd olunur ki, Rusiyanın hərbi əməliyyatları nəticəsində ukraynanın mədəni irsi məhv olur. Abidələr və arxeoloji obyektlər artilleriyanın zərbəsinə məruz qalır. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305
avatar

Oxşar yazılar