Ukrayna Moskva şəhərinə son zərbələrdən sonra onlarla dronun iştirakı ilə Moskvaya kütləvi hücuma hazırlaşır.
Lent.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları Rusiya paytaxtına bir neçə istiqamətdən və müxtəlif hündürlüklərdən uçacaq.
Nəşr hesab edir ki, Moskvaya edilən son dron hücumları ilə Ukrayna şəhərə bir neçə istiqamətdə və müxtəlif hündürlüklərdə axın edəcək onlarla PUA-nın iştirakı ilə kütləvi hücuma hazırlaşmaq Rusiyanın hava hücumundan müdafiəsini sınağa çəkə bilər.