Ukrayna Azov dənizi sahili boyunca əks hücuma keçə bilər.
Lent.az xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Ukraynanın hərbi komandanlığı hücumun təfərrüatlarını ABŞ-la bölüşmür, lakin çox güman ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın sahil xətti boyunca Azov dənizində, Rusiyaya hücuma keçəcək.
Qeyd olunub ki, Kiyev gələn aydan tez əks-hücum etməyə hazırlaşır.
Aprelin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin hər biri təxminən dörd min döyüşçüdən ibarət 12 döyüş briqadası hücuma hazır olacaq.
Onlardan 9-u NATO tərəfindən hazırlanacaq və silahlandırılacaq.