Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski bildirib ki, dünya Üçüncü Dünya Müharibəsinin astanasındadır.
Lent.az-ın məlumatına görə, o, bu fikri “Polsat” nəşrinə müsahibəsində bildirib.
“Üçüncü Dünya Müharibəsinin başlaması haqqında danışmağımızın özü dəhşətlidir. Lakin bizim üçün bu, real fürsətdir”, - Polşanın keçmiş lideri bildirib.
O vurğulayıb ki, dünya çox qeyri-müəyyən vəziyyətdədir və istənilən kiçik münaqişə qlobal miqyasda inkişaf təhlükəsi yaradır.
Kvasnevskinin sözlərinə görə, dünyada köklü dəyişikliklər Ukraynadakı münaqişə ilə bağlı baş verib. O qeyd edib ki, bu hadisələr “yeni, araşdırılmamış eranın” başlanmasına səbəb olub.