Türkmənistan polisi respublikanın yeni prezidenti Sərdar Berdiməhəmmədovun portretlərini taksi sürücülərinə satmağa başlayıb.
Lent.az bildirir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Məlumata görə, Mari vilayətinin polisi “insanlar bu maşının taksi olduğunu görsünlər” deyə avtomobillərin qabaq şüşələrinə işarələmə məhsulları paylamağa başlayıb.
Yerli taksi sürücülərinin dediyinə görə, polis A4 ölçüdə olan vərəqdə dörd portret çap edir, bundan sonra onların surətini çıxarırlar.
Radio xəbər verir ki, eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları qayçı olmadığından portretləri bir-birindən ayırmır, ona görə də sürücülər hər şəkli özləri qoparmalı olurlar.