Türkiyəli qadın Almaniyada 8 milyon avro oğurladı -  FOTO
05 iyul 2021 21:20 (UTC +04:00)

Türkiyəli qadın Almaniyada 8 milyon avro oğurladı - FOTO

Almaniyada yaşayan türkiyəli qız işlədiyi şirkətdən oğurluq edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Bremen şəhərindəki “Loomis” adlı şirkətdən 8 milyon avro (16,120,800 manat) oğurlanıb.

Pulların həmin şəhərdə yaşayan və “Loomis” şirkətinin əməkdaşı olan 28 yaşlı türkiyəli Yasəmən Gündoğanın oğurladığı iddia olunur. İddiaya görə, bankomatlara pul yerləşdirmə vəzifəsi tapşırılan Gündoğan, pulları çantalara yığaraq aradan çıxıb. Onun Almaniya ilə yanaşı, Türkiyə vətəndaşlığının olduğu da bildirilir.

Cinayətin əvvəlcədən düşünülmüş plan olduğu və 28 yaşlı qadının tək olmadığı ehtimal edilir.

Oğurluqda şübhəli bilinən Yasəmən Gündoğan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Mehman Nəbiyev

Oxşar yazılar