Ege dənizində 5.5 bal gücündə zəlzələ baş verib.
Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:31-də Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə baş verib.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, son bir neçə saat ərzində Ege dənizində bir neçə zəlzələ baş verib.