Türkiyədə peyvəndləmə yaşı 18-dən 15-ə endirildi
16 avqust 2021 12:11 (UTC +04:00)

Türkiyədə peyvəndləmə yaşı 18-dən 15-ə endirildi

Türkiyə Səhiyyə Nazirliyi koronavirusa qarşı mübarizədə dozaların sayı və tətbiq edildiyi yaş qrupları barəsində yeni qərarlar alıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, peyvəndlənmə yaşı 18-dən 15-ə salınıb.

Xroniki xəstəliyi olan uşaqlar isə 12 yaşdan peyvənd olunacaq.

Qeyd edək ki, PCR testinin nəticəsi pozitiv olanların yenidən peyvəndlənməsi 3 aydan 1 aya endirilib.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar