Türkiyədə meşəyə getmək qadağan edildi
31 iyul 2021 08:06 (UTC +04:00)

Türkiyədə meşəyə getmək qadağan edildi

Türkiyənin qərb və cənub bölgələrindəki 12 əyalətdə meşə yanğınlarına qarşı tədbirlər çərçivəsində meşəlik ərazilərə, bəzi bölgələrdə isə həm də milli parklara girişə məhdudiyyət tətbiq olunub.

Lent.az "virtualaz.org" istinadən xəbər verir ki, bunlar Qırxlareli, İstanbul, Çanaqqala, Bursa, Balıkesir, İzmir, Aydın, Dənizli, Niğde, Uşaq, Hatay, Qaziantep əyalətləridir.

Yayımlanan sənədlərə əsasən, bəzi əyalətlərdə qadağa 1 ay müddətinə, bəzilərində isə növbəti xəbərdarlığa qədər güvvədədir.

Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli ölkədə meşə yanğınlarına qarşı tədbirlərin davam etdiyini açıqlayıb. İndiyədək yanğın fəlakəti nəticəsində 4 nəfərin öldüyü, 183 nəfərin isə xəsarət aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar