Türkiyədə güclü zəlzələ: 2 nəfər öldü  - YENİLƏNİB
23 noyabr 2022 13:24 (UTC +04:00)

Türkiyədə güclü zəlzələ: 2 nəfər öldü - YENİLƏNİB

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2-yə çatıb.

Lent.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

***

Saat 12:46

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

***

Saat 11:42

Türkiyənin Düzce rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, zəlzələ ilə bağlı 8 min evə baxış keçiriləcək.

Qeyd edək ki, yaralananlardan 35 nəfər evə buraxılıb.

***

Saat 09:55

Türkiyədə baş verən güclü zəlzələdə 35 nəfər yaralanıb.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, yaralıların səhiyyə müəssisələrində müalicəsi davam edir.

Qeyd edək ki, zəlzələ İstanbul, Bolu, Ankara, Əskişəhər, Kütahya, Bursa, Kocaeli, Ədirnə, Çankırı, Zonquldak, Sakarya il və rayonlarında hiss olunub.

***

Saat 07:44

Türkiyədə baş verən güclü zəlzələdə insan tələfatı qeydə alınmayıb.

Lent.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Həmin şəxs hündürlükdən tullanıb.

***

Saat 06:25

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib. 

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6657
avatar

Arzu Qurbanlı

Oxşar yazılar