Türkiyədə bu tarixdən küçəyə çıxma məhdudiyyəti ləğv olunacaq
22 iyun 2021 01:10 (UTC +04:00)

Türkiyədə bu tarixdən küçəyə çıxma məhdudiyyəti ləğv olunacaq

“İyulun 1-dən Türkiyədə küçəyə çıxma məhdudiyyəti ləğv olunacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.
 
Şəhərlərarası və şəhərdaxili səfərlərdəki məhdudiyyətlərin də aradan qaldırıldığını deyən Türkiyə Prezidenti “Həyat Evə Sığar” (HES) kodunun tətbiqinin və ölkə boyu yeni növ koronavirusa qarşı peyvəndləmənin daha da genişləndiriləcəyini bildirib.

# 1038
avatar

Oxşar yazılar