Türkiyədə 7,4 bal gücündə zəlzələ: DAĞINTILAR VAR  -YENİLƏNİB
06 fevral 2023 07:16 (UTC +04:00)

Türkiyədə 7,4 bal gücündə zəlzələ: DAĞINTILAR VAR -YENİLƏNİB

Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.

Bu barədə APA Doğan agentliyinə istinadən xəbər verir.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Bundan əlavə, xilasedicilər yaxınlıqdakı evlərin sakinlərinə kömək edirlər.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.
 

***

06.37

Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, afterşoklar 2 saata qədər davam edib. Şanlıurfa əyalətində dağıntılar var.

Ərəbdilli media yeraltı təkanların İraq və Livanda da hiss edildiyini xəbər verir. 
 

***

05.39

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə NTV məlumat yayıb. Ərazidə afterşoklar davam edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7551
avatar

Oxşar yazılar