Türkiyənin “Baykar” şirkəti Ukraynaya iki ədəd “Bayraktar TB2” pilotsuz təyyarəsi bağışlayıb.
Lent.az bildirir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
“Bu gün biz Ukraynanın böyük dostları və tərəfdaşlarından – “Baykar” şirkətindən daha 2 “Bayraktar TB2” pilotsuz təyyarəsi aldıq. “Baykar” onları Silahlı Qüvvələrə və Ukrayna xalqına kömək üçün təmənnasız bağışladı. Biz “Baykar”a dövlətimiz üçün ən çətin anlarda göstərdiyi güzəştsiz və davamlı dəstəyə görə sonsuz minnətdarıq”, - Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirib.