Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.
Lent.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.
- Yeni Klinika həkimlərin maaşlarını vermir? - AÇIQLAMA
- Arxadan zərbə: Martda xəyanətlə üzləşəcək BÜRCLƏR
- Həcc ziyarəti ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.
Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.