Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkənin nümayəndə heyətlərinin İstanbulda baş tutan görüşünün nəticələrini müzakirə ediblər.
Türkiyə Prezidenti Ukrayna və Rusiyanın dövlət başçılarını bir araya gətirmək və bu görüşə ev sahibliyi etmək istəyini bir daha həmkarlarının diqqətinə çatdırıb.
Hər iki lider Türkiyə Prezidentinə nümayəndə heyətlərinin görüşünə İstanbulda ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib.