Türkiyə özünün uzun mənzilli və yüksək sürətli ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemlərini 6 ildən sonra istehsal etməyə başlaya bilər.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Haber Türk” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda bu vəzifələrin icrası Rusiyadan alınan “S-400”lərlə həyata keçirilə bilər.
İ. Dəmirin sözlərinə görə, hazırda xaricdən heç bir təhdidin olmadığı üçün “S-400”lər aktiv vəziyyətdə deyil.