Meymunçiçəyinə yoluxan italiyalı turist Kubada vəfat edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Kubanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, vəziyyəti kəskin ağırlaşan pasient xəstəxanada dünyasını dəyişib. Avqustun 15-də Kubaya gələn 50 yaşlı turist 3 gün sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məhkəmə tibb ekspertizası pasientin pnevmoniya və orqan çatışmazlığından dünyasını dəyişdiyi qənaətinə gəlib. Bu, Kubada meymunçiçəyindən ilk ölüm hadisəsidir.
İtaliyalı turistlə təmasda olan bütün həkimlər karantinə alınıb.