Tramp
19 avqust 2022 15:04 (UTC +04:00)

Tramp

Trampın ən yaxını bütün sirləri açdı: 5 ay həbs, 2 milyon cərimə

ABŞ-ın keçmiş prezidenti Donald Trampın işçisi bəzi sirləri açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, söhbət “Tramp Əməliyyat” şirkətinin maliyyə direktoru Ollen Ueysselberqdən gedir. O, şirkətin illərlə vergilərdən yayınması barədə açılan cinayət işi üzrə məhkəmədə dindirilib. Növbəti çıxışında Ueysselberq ittihamları qəbul edib.

Məlum olub ki, şirkətin dövlətə ümumilikdə 900 min dollardan çox borcu yaranıb. Ümumi 15 ittihamı qəbul edən direktora 5 ay həbs və 5 il şərti azadlıdan məhrumetmə, həmçinin 2 milyon dollar təzminat cəriməsi təyin edilib.

Qeyd edək ki, Trampa məxsus olan şirkətin vergi borclarından yayınması ilə bağlı illərdir məhkəmə prosesləri davam edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Oxşar yazılar