ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hökumətin formalaşma sürətinə görə müasir Amerika tarixində rekorda imza atıb.
Lent.az bildirir ki, bu barədə “Axios” portalı yazıb.
Tramp seçkidən sonra 12 gün ərzində 12 nəfəri nazir vəzifələrinə təyin edib. Onun bunu ABŞ-ın hazırkı prezidenti Co Baydendən beş dəfə tez etdiyi qeyd edilir.
Amerika Universiteti Biznes Məktəbinin dekanı Devid Merçik deyib: "Bu, ya tarixdə hakimiyyətin ən səmərəli ötürülməsidir, ya da tələsik, yoxlamadan, araşdırmadan və Senatla məsləhətləşmədən təyinatlarla bütün normaların pozulmasıdır".
Noyabrın 10-da Tramp qəti olaraq ABŞ seçkilərində qalib gəlib. Xəbər builki seçkilərin yekun əsas ştatı olan Arizonada səslərin hesablanması nəticəsində yayılıb.