Tramp TikTokun  50%-nə sahib olmaq istəyir
21 yanvar 2025 06:58 (UTC +04:00)

Tramp TikTokun 50%-nə sahib olmaq istəyir

ABŞ lideri Donald Tramp bildirib ki, ABŞ TikTok platformasının yarısına sahib olmaq hüququna malik olmalıdır.

Lent.az xəbər verir ki, Prezident bu barədə Ağ Evin Oval Ofisində jurnalistlərə bildirib.

“Düşünürəm ki, TikTok ilə birgə müəssisəmiz olacaq. Gəlin görək nə baş verir. Bu, çoxsaylı fikirlərdən biridir. TikTok-un 50%-nə sahib olacağıq və TikTok-un işini davam etdirməsinə icazə veriləcək”, - Tramp əlavə edib.

Dövlət başçısı həmçinin ölkədə platformanın bloklanmasının ən azı 75 gün təxirə salınmasını nəzərdə tutan sərəncam imzalayıb.

O, həmçinin Pekinin TikTok razılaşmasına qarşı çıxacağı təqdirdə Vaşinqtonun Çin mallarına rüsumlar tətbiq etməyə hazır olacağı barədə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar