34-cü Yay Olimpiya Oyunları 2028-ci ildə Amerikanın Los-Anceles şəhərində keçiriləcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, bir gün əvvəl isə Donald Tramp transseksualların ABŞ-da qadın yarışlarında iştirakını qadağan edən fərman imzalayıb.
Bundan sonra Ağ Evin rəhbəri Beynəlxalq Olimpiya Komitəsindən 2028-ci il Oyunları öncəsi transgenderlərlə bağlı proqramının bir hissəsini dəyişdirməsini istəyib.
Ola bilər ki, Tramp administrasiyası tezliklə qadın idmanında iştirak etmək istəyən kişilərin ABŞ-a girişinə icazə verən siyasəti nəzərdən keçirəcək və lazım gəldikdə düzəliş etsin.
Çox güman ki, transgenderlərin 2028-ci il Olimpiadasına buraxılması məsələsi yarışın başlamasına yaxın həll olunacaq.
Ola bilsin ki, bu il BOK-un yeni prezidenti seçiləndə bu mövzu tamamilə bağlansın.
Qeyd edək ki, Parisdə keçirilən 2024-cü il Oyunlarında Olimpiya çempionu olmuş əlcəzairli boksçu İmana Xəlifin ətrafında böyük qalmaqal yaranmışdı.