ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı ABŞ lideri Co Baydenin dəli olduğunu düşünür.
Lent.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib.
“Mən inanıram ki, korrupsioner Co Bayden təkcə axmaq və bacarıqsız deyil, əminəm ki, o, ağlını itirib”, – Tramp yazıb və siyasi rəqibini “aldanmış dəli” adlandırıb.
O, Bayden administrasiyasının həyata keçirdiyi miqrasiya siyasətini, həmçinin “Ədliyyə Nazirliyi və FTB-dən silah kimi” istifadəsini bir daha kəskin tənqid edib.
Trampın sözlərinə görə, Baydenin simasında ABŞ “ölkəni cəhənnəmə aparan psixi fəlakət”lə üzləşib.