ABŞ-in şərqində 900 mindən çox sakin əlverişsiz hava şəraiti səbəbindən işıqsız qalıb.
Lent.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Əlverişsiz hava şəraiti səbəbindən bir nəfər ölüb.
ABŞ Meteoroloji Xidməti ölkənin şərq sahillərində və paytaxt ərazisində güclü leysan yağış, tornado və daşqınlar barədə xəbərdarlıq edib.
Bakı vaxtı ilə saat 06:10-da ABŞ-ın şərqindəki Nyu-York, Pensilvaniya, Qərbi Virciniya, Virciniya, Şimali Karolina, Corciya və digər ştatların 900 mindən çox sakini işıqsız qalıb.
Bundan əvvəl 5 nəfərin öldüyü bildirmişdi.