Tiflis aeroportunda həyəcan
30 iyul 2021 11:48 (UTC +04:00)

Tiflis aeroportunda həyəcan

Tiflis Beynəlxalq Hava Limanında təhlükəli çanta səbəbi ilə vətəndaşlar təxliyə ediliblər.

Lent.az-ın 24News.ge saytına istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, hava limanında naməlum tərk edilmiş çanta aşkar edilib. Daha sonra hadisə yerinə minaaxtaranlar cəlb olunub, lakin çantada heç bir şübhəli əşya tapılmayıb. 

Nazirlik qeyd edib ki, hazırda Tiflis Beynəlxalq Hava Limanı əvvəlki qaydada fəaliyyətini davam etdirir. 


Sevinc Fərid

# 1671
avatar

Oxşar yazılar