Tibb mərkəzində yanğın: Ölənlər və yaralılar var
08 yanvar 2022 07:29 (UTC +04:00)

Tibb mərkəzində yanğın: Ölənlər və yaralılar var

Çinin Hunan əyalətinin Henqyanq şəhərində tibb mərkəzində yanğın baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Yanğının söndürülməsi, təxminən bir saat çəkib.

İlkin məlumatlara görə, hadisə zamanı tibb məntəqəsində 19 nəfər olub. Onlardan 5-i təhlükəsiz yerə təxliyə edilib, qalan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yanğının başvermə səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Oxşar yazılar