İraqın baş naziri Dubay hava limanından havaya qalxmalı olan İraq təyyarəsində ayının qəfəsdən necə qaçması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Hadisə nəticəsində reysin gecikməsi sərnişinlərin narazılığına səbəb olub.
İraq Hava Yolları, ayının qaçmasında onların təqsiri olmadığını bildirib.
İraq Hava Yolları əlavə edib ki, ayının daşınması prosedurları qanuna, həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təsdiq etdiyi prosedur və standartlara uyğundur.
İraq Hava Yollarının rəsmisi Associated Press agentliyinə ayının İraq paytaxtına aparıldığını təsdiqləyib.
Qeyd edək ki. İraqda, xüsusən də Bağdadda ətyeyən heyvanların ev heyvanı kimi saxlanması varlı insanlar arasında populyarlaşıb.