Təyyarə dayanacağa çırpıldı, ölənlər var
10 sentyabr 2023 23:02 (UTC +04:00)

Təyyarə dayanacağa çırpıldı, ölənlər var

Macarıstanda aviaşou zamanı idman-təlim təyyarəsi qəzaya uğrayıb.

Lent.az xəbər verir ki. bu barədə "MTI" xəbər agentliyi məlumat yayıb.

Hadisə Sekeşfehervar şəhərində qeydə alınıb.

Təyyarə avtomobil dayanacağının yaxınlığında yerə düşüb və partlayıb. Avtomobillərdən biri yanıb.

Qəzada nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faciəli insidentdən sonra hava şousu ləğv edilib.

Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3988

Oxşar yazılar