“Telegram” komandası Pavel Durovun saxlanmasını ŞƏRH ETDİ
25 avqust 2024 23:55 (UTC +04:00)

“Telegram” komandası Pavel Durovun saxlanmasını ŞƏRH ETDİ

“Telegram” ilk dəfə Pavel Durovun saxlanmasını şərh edib.

Lent.az xəbər verir ki, açıqlamada deyilir:

- “Telegram” “Rəqəmsal Xidmətlər Qanunu” da daxil olmaqla Aİ qanunlarına riayət edir;

- Onun moderasiyası bu sahədəki standartlara cavab verir və daim təkmilləşdirilir;

- “Telegram”ın baş direktoru Pavel Durovun gizlədiyi heç nə yoxdur və o, tez-tez Avropaya səyahət edir;

- Platformanın və ya onun sahibinin həmin platformadan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur;

- Dünyada təxminən bir milyard istifadəçi “Telegram”dan ünsiyyət vasitəsi və mühüm məlumat mənbəyi kimi istifadə edir;

- Biz bu məsələnin tezliklə həllini gözləyirik. “Telegram” sizinlədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Oxşar yazılar