Tarixdə İLK: Qadın qərargah rəisi oldu
03 noyabr 2023 05:44 (UTC +04:00)

Tarixdə İLK: Qadın qərargah rəisi oldu

ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françetti təyin edib.

Lent.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, o, həm də Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub.

Bundan əvvəkl general Devid Elvin ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi idi.

Liza Françettinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

İyulun 21-də ABŞ Prezidenti Co Bayden Françettinin namizədliyini irəli sürdü, çünki “o, tarixdə ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə yüksələn ikinci qadındır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5472
avatar

Oxşar yazılar