Tanınmış jurnalist xərçəngdən öldü
05 avqust 2023 05:15 (UTC +04:00)

Tanınmış jurnalist xərçəngdən öldü

Türkiyəli jurnalist və yazıçı Süleyman Özışık 52 yaşında vəfat edib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Özışık uzun müddətdir xərçənglə mübarizə aparırdı.

Süleyman Özışık 1 mart 1971-ci ildə İğdırda anadan olub.

İbtidai təhsilini, o cümlədən orta təhsilini Qarsda başa vurmuşdur.

Orta məktəbi bitirdikdən sonra İstanbula gəlib işləməyə başlayıb.

Əsgərlikdən sonra “Axşam” qəzetində təcrübə keçib. “Axşam” qəzetində 3 illik təcrübədən sonra 7 il “Milliyet” qəzetində çalışıb. Daha sonra böyük qardaşı Hadi Özışık ilə öz internet saytını qurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar