"Taliban" qadınlara bu idmanları  qadağan etdi
09 sentyabr 2021 08:51 (UTC +04:00)

"Taliban" qadınlara bu idmanları qadağan etdi

Əfqanıstanlı qadınlar xarici görünüşlərinin şəriət qanunlarına uyğun gəlmədiyi idman növləri ilə məşğul ola bilməzlər.

APA TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının mədəniyyət məsələləri üzrə komissiya rəhbərinin müavini Əhmədullah Vasik Avstraliyanın “CBS” telekanalına müsahibəsində bildirib.

“Biz kütləvi informasiya vasitələri dövründə yaşayırıq, bu zaman idmanla məşğul olan qadınların şəkil və videogörüntüləri yayılacaq, daha sonra insanlar da bunu izləyə biləcək. İslam və Əfqanıstan İslam Əmirliyi (“Taliban”ın özünə verdiyi ad – Red.) qadınların kriket oynamasına və ya bədənlərinin bəzi hissələrinin görünə biləcəyi idmanla məşğul olmağa icazə vermir”, - Vasik belə deyib.

O, həmçinin əlavə edib ki, İslam qadınlara yalnız zərurət yarandıqda evdən çölə çıxmağa icazə verir, idman isə “zərurət hesab olunmur”.

# 1479
avatar

Oxşar yazılar