Sürüşmə zonasından 2 nəfərin meyiti tapıldı -FOTO -VİDEO
04 avqust 2023 08:47 (UTC +04:00)

Sürüşmə zonasından 2 nəfərin meyiti tapıldı -FOTO-VİDEO

Gürcüstanın Oni bələdiyyəsi ərazisindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar axtarış-xilasetmə işləri gecə boyunca davam etdirilib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, fəlakət zonasına helikopterlərlə 4 uçuşun həyata keçirildiyi, 80 nəfərin təxliyə edildiyi bildirilir. Gecə helikopterlərin uçuşu dayandırılsa da, səhər saatlarından bərpa edilib. Əraziyə əlavə 15 axtarış-xilasetmə qrupu cəlb edilib. Oni bələdiyyəsinin Qlola kəndi yaxınlığında fövqəladə hallar xidmətinin mobil qərargahı yaradılıb.

Hadisə ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təbii fəlakət zonasına yola düşüb. 

Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze vəziyyətin mürəkkəb, fəlakətin miqyasının geniş olduğunu deyib. 40-dan çox şəxslə əlaqə yaratmağın mümkün olmayıb.

***

22.13

Xəbərə video əlavə olunub.

***

21.41

Gürcüstanın Oni munisipalitetində sürüşmə zonasından iki nəfərin meyiti tapılıb. 

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyasına Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, xilasedicilər fəlakət bölgəsində əməliyyat zamanı iki nəfərin meyitini çıxarıblar. 

DİN-in məlumatına görə, sərhəd polisinə məxsus helikopterlərlə artıq üç uçuş həyata keçirilib və 70 nəfər təhlükəsiz zonaya təxliyə edilib. Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub. 

Qeyd edək ki, yerli KİV daha əvvəl 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Oxşar yazılar